Tələblər : Müvafiq sahə üzrə Ali təhsil; İR sahəsində müvafiq iş təcrübəsi (İstehsalat sahəsində təcrübəsi olan namizədlər üstünlük veriləcək); Azerbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməli; Ms Office (Outlook, Word, Excel), 1C 8.3 proqramlarında işləmə bacarığı; Azərbaycan, Rus və İngilis dili biliyi əla səviyyədə Sənədləşdirmə və yazışma qaydalarını yüksək səviyyədə bilməlidir; Təşkilati bacarıqlar,təşəbbüskarlıq; Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşmaVəzifə və öhdəliklər : Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir; Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun vaxtında həyata keçirilməsinə nəzarət edir; İşçilərin tabel uçotuna və onların işə davamiyyətinə nəzarəti həyata keçirir; İşə qəbul prosesində vakansiya və müsahibələri izləyir; İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edir; Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulunun və işdən azad edilməsinin vaxtında həyata keçirilməsinə nəzarət edir; Aylıq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir; Daxil olan CV-lərin dəyərləndirilməsi; Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi; İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi; İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi; İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi; İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək; Əmək məhsuldarlığının təhlil edilməsi.