Görəcəyiniz işlər:
İpoteka məhsullarına dair backend sistemlərinin layihələndirilməsi, inkişafı və saxlanması;
Mikroservis memarlığına əsaslanan sistemlərin dizaynı və tətbiqi;
İnteqrasiya layihələrinin idarə olunması: kredit büroları, dövlət reyestrləri, daşınmaz əmlak sistemləri və s.;
Komanda daxilində kod keyfiyyətinin, test əhatəsinin və sənədləşmənin təmin olunması;
Junior və mid səviyyəli developer-lara mentorluq;
Texniki tapşırıqların biznes tələblərə uyğunlaşdırılması və implementasiya strategiyasının hazırlanması;
DevOps, CI/CD proseslərinə töhfə vermək;
Arxitektur qərarlarda Product Owner və Solution Architect ilə sıx əməkdaşlıq.
Bizim üçün uyğun namizəd:
Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma üstunlükdür);
Backend proqramlaşdırmada minimum 5 il təcrübəyə;
Java (Spring Boot), .NET, və ya Node.js üzrə dərin biliklərə (ən azı birində ekspert səviyyəsi);
RDBMS (PostgreSQL, Oracle) və NoSQL (MongoDB, Redis) ilə iş təcrübəsinə;
REST API və GraphQL servis təcrübəsinə;
Message broker-lərlə təcrübəsinə (Kafka, RabbitMQ və s.);
CI/CD alətləri (Jenkins, GitLab CI, Docker, Kubernetes) üzrə iş təcrübəsinə;
Unit, Integration və Load test təcrübəsinə;
Agile (Scrum, Kanban) metodologiyası üzrə komanda təcrübəsinə;
Məlumat təhlükəsizliyi və şifrələmə prinsipləri üzrə anlayışa sahib olan şəxsdir.