iOS developer - Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsi
at
Xalq Bank
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Swift istifadə edərək iOS tətbiqlərinin yazmaq və təkmilləşdirmək; Yeni funksionallıqları müəyyənləşdirmək, dizayn etmək və təqdim etmək üçün müxtəlif komandalar ilə əməkdaşlıq etmək; Tətbiqlərin performansını və keyfiyyətini təmin etmək; Xətaları tapmaq və düzəltmək; Kodun keyfiyyətini, strukturunu və avtomatlaşdırılmasını təmin etməyə dəstək olmaq; Kodun nəzərdən keçirilməsində iştirak etmək və konstruktiv rəy bildirmək; Bir çox xarici framework və kitabxanaları istifadə etmək; Yeni alətlər, platformalar və texnologiyaları öyrənməyə açıq olmaq; Layihə ilə əlaqəli xarici məsələləri araşdırmaq; Fərqli komandalarla əlaqə qurmaq. Tələblər: Ali təhsil; 3+ il sahə üzrə iş təcrübəsinə sahib olmaq; OOP prinsipləri, SOLID, Clean Architecture haqqında biliklərə malik olmaq; iOS dizayn prinsipləri haqqında anlayış və Apple tərəfindən təklif olunan iOS arxitekturası standartlarına uyğun işləyə bilmək; Swift haqqında biliklərə malik olmaq; iOS SDK, Auto Layout, Interface Builder və framework haqqında güclü anlayışa sahib olmaq; RESTful API-ləri ilə təcrübə və xarici kitabxanaları inteqrasiya etmək bacarığı; MVC, MVVM, VIPER və digər design pattern ilə tanış olmaq; SwiftUI və UIKit ilə UI qurma bacarığı; GCD (Grand Central Dispatch) və Operation Queues ilə Multithreading haqqında biliklərə sahib olmaq; GIT ilə işləmək bacarığı; Combine framework ilə iş təcrübəsi; DI (Dependency Injection) prinsipləri və alətləri (Swinject, etc.) ilə iş təcrübəsi; Analitik SDK-larının inteqrasiyası (Firebase, AppsFlyer, XtremePush) ilə iş təcrübəsi; XCTest (unit testləri), UI testləri və Mocking ilə iş təcrübəsi; Problemləri effektiv həll etmə və detallara diqqət etmək bacarığı; Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarıqları; İngilis və rus dilləri üzrə biliklər arzuolunandır.