Təsvir: iOS platformasında mobil tətbiqetmələrin arxitekturasını və qurulmasını planlamaq və icra etmək; Komandanı texniki istiqamətdə idarə edərək sərfəli həll yolları təklif etmək; Mobil tətbiqlərin performansını, keyfiyyətini və sabitliyini nəzarətdə saxlamaq; Xidmət və sistemlərin mobil tətbiqetmələrə inteqrasiyasını həyata keçirmək; Proqram səhvələrinin aradan qaldırılması və problemlərin vaxtında həll olunmasını təmin etmək; Agile metodologiyası ilə komandada effektiv şəkildə çalışmaq. Tələblər: iOS proqramlaşdırma sahəsində minimum 3-5 il iş təcrübəsi; Swift və Objective-C dillərində peşəkar bilik; Apple dizayn prinsipləri və HIG (Human Interface Guidelines) barədə dərin anlayış; Arxitektura dizayn prinsiplərindən (MVC, MVVM, Clean Swift) anlayış və real tətbiq bacarığı; OOP, SOLID prinsipləri, dizayn patternləri və dependency injection ilə işləmə bacarığı; Kod ilə UI qurmaq bacarığı (UIKit, NSLayoutConstraint); REST API ilə işləmə bacarığı; CI/CD (Fastlane, Jenkins) proseslərində iş təcrübəsi; Git, Cocoapods, SPM ilə çalışmaq bacarığı; Mobil tətbiqlərin monitorinqi və analiz alətləri (Firebase, Crashlytics) barədə anlayış; Komandanı idarə etmə və junior tərəfdaşlara mentorluq etmə bacarığı; Məlumat təhlükəsizliyi və şifrələmə üsulları (Keychain, JWT) barədə bilik; App Store və TestFlight-da tətbiqlərin yüklənməsi və idarə edilməsi təcrübəsi; Texniki ingilis dili bilikləri.