İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru
at
Kontakt Home
Part Time
Təsvir: İnsan resursları və təlim departamentinin işinin təşkili; İnsan resurslarının planlaşdırılması və idarə olunması; Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması; İşə qəbul prosesinin təşkili və ona nəzarət; İşə qəbul və adaptasiya planının hazırlanması və plana uyğun olaraq adaptasiya tədbirlərinin təmin olunması; İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili; Prosedur və qaydaların hazırlanması və inkişafı; Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması; Təlim ehtiyyaclarının müəyyən edilməsi; İşçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması; Daxili və xarici təlimlərin təşkil olunmasına nəzarət; İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması; Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı; Şikayyət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi; İntizam proseslərinin idarə olunması; İR üzrə audit işlərinin həyata keçirilməsi; İnsan resurları üzrə müxtəlif hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İnsan resurslarının inkişafı üzrə təkliflər hazırlamaq; İnsan resursları üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması. Tələblər: Ali təhsil; İnsan resursları sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 3 il iş stajı; AR əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı; Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır; MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli; İR proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır. Şəxsi keyfiyyətlər: Liderlik xüsusiyyətləri; Təşkilatçılıq bacarığı; Gərgin iş şəraitində işləmək bacarığı; Analitik düşünmə qabiliyyəti; Diqqətli və məsuliyyətli.