Vəzifə öhdəliyi:• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;• İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;• Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;• E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;• Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;Namizədə tələblər: AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması; İşəqəbul və digər İR proseslərinin əsas qaydalarını bilməli; Mükəmməl səviyyədə Azərbaycan dili biliyi; MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli; İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;Maraqlanan namizədlər mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.