“EDU Company” Təhsil Şirkəti İnsan Resursları üzrə mütəxəssis vakansiyası elan edir.Namizədə tələblər: Ali təhsil (menecment, psixologiya və ya insan resursları sahəsində); İnsan Resursları sahəsində 6 ildən artıq iş təcrübəsi; İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər; Azərbaycan dili və Rus dilini əla bilməli, İngilis dili arzu olunandır; Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı; AR Əmək qanunvericiliyini mükəmməl bilməli;Ünvan: Elmlər filialı; Mətbuat prospekti 29 Aİş qrafiki:10:00-19:00Əmək haqqı: 1200-1500 Azn; Vəzifə öhdəlikləri: Vakant vəzifələr üçün elanın hazırlanması və müvafiq mənbələrdə paylaşılması; Namizədlərin ilkin seçiminin (CV screening) aparılması və düzgün dəyərləndirmə qabiliyyəti; Namizəd seçiminin digər mərhələlərinin təşkil edilməsi; İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi; Əhəmiyyət kəsb edən vəzifələr üzrə kadr ehtiyatının müəyyən edilməsi; Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi; Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq Rəhbərliyə hesabatların təqdim edilməsi; Müəllim və idarə heyətinin təkmilləşdirilməsi sisteminin qurulması və inkişaf etdirilməsi; Mövcud kadrların inkişafının stimullaşdırılması; İnsan resurslarının təşkilini innovativ şəkildə həyata keçirmək; Ofis proqramlarında işləmə bacarığı;