Bu vəzifənin rolu müəssisənin əmək müqaviləsi ilə müəyyən edilmiş işçilərin gördüyü işə görə işəgötürən tərəfindən aylıq ödənişlərin, habelə işçilərə əlavələrin, mükafat və bonusların hesablanmasını və ödənişini təşkil etməkdir. Vəzifə öhdəlikləri: Qanunvericiliyin tələblərinə uyğun işçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti; Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması; İşçilərin aylıq davamiyyətinin izlənilməsi və hesabatların hazırlanması; İşçilərin şəxsi işlərinin hazırlanması və düzgün aparılması; Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi; EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi; İşçilərin əmək haqqlarının hesablanması və ödənilməsi; Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi; Əmək haqqına dair müvafiq hesabatların tərtib edilməsi; Əmək haqqına dair müvafiq sorğuların həll edilməsi; İşdən azad olunan əməkdaşların son haqq-hesabların aparılması; Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması; İR hesabatlar bazasının düzgün aparılması. Tələblər: Təhsil: Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsi üzrə); Tələb olunan iş təcrübəsi: Əmək haqqı hesablanması və kadr kargüzarlığı üzrə ən azı 2 (iki) il iş təcrübəsi; Xarici dillər: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə; Kompüter bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında sərbəst istifadə bacarığı; Məhsul üzrə biliklər: AR Əmək Qanunvericiliyi, Əmək Məcəlləsi, Vergi və əmək haqqı qanunları üzrə yüksək biliklər; Kadr kargüzarlığı haqqında biliyə malik olmalı; EMAS portalında, İSB sistemində sərbəst işləmək bacarıqları; Başqa tələblər: Minimum nəzarətlə effektiv işləmə bacarığı.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
4 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan