Təsvir: AR əmək məcəlləsinin tələblərinə uyğun işə qəbul, işdən azad edilmə, vəzifə dəyişikliklərinə dair proseslərin daxili İR sistemi və ƏMAS-da rəsmiləşdirilməsi; İş vaxtından artıq saat və növbəli qrafik üzrə çalışılmış saatların hesablanması və müvafiq qanunvericiliyə uyğun rəsmiləşdirilməsi; Məzuniyyət qrafikinin rüblük və illik əsasda icrasının izlənilməsi və rəsmiləşdirilməsi; Fəaliyyət sahəsi üzrə proseslərə dair hesabatların hazır edilməsi; İcrasında olan işlər üzrə qanunvericiliyə edilmiş dəyişikliklərin müvafiq proseslərə tətbiqi. Tələblər: Ali təhsil (iqtisadiyyat, maliyyə sahəsi üzrə təhsil) Mükəmməl Azərbaycan dili biliyi, (Rus dili biliyi olması üstünlükdür); MS Excel üzrə biliklər və tətbiqində təcrübə; Nəticə yönümlü kommunikasiya qurma bacarığı; Analitik düşünmə bacarığı; Operativlik, çeviklik və dəqiqlik; Yeniliklərə açıqlıq.