Gənc mühəndislər üçün karyera imkanı – mühəndislik sahəsində ilk addımını bizimlə at!
Biz komandamıza motivasiyalı və öyrənməyə həvəsli gənc mühəndisləri dəvət edirik!
Əgər təhsilinizi yenicə bu sahə üzrə bitirmisinizsə və sahədə təcrübə qazanmaq istəyirsinizsə, bu imkan tam sizə görədir!
Sizə nə qazandıracaq?
Təcrübəli mühəndislərdən praktiki biliklər
Real layihələrdə birbaşa iştirak etmək imkanı
Karyera bünövrəsi və inkişafı üçün möhkəm baza
Tələblər:
Mühəndislik sahəsi (əsasən inşaat) üzrə ali təhsil
AutoCad proqramı biliyi
Aktivlik, öyrənməyə açıq və təşəbbüskar olmaq
Məsuliyyətli, intizamlı, komanda ilə işləmə bacarıqlarına sahib olmaq
İş qrafiki: 10:00-19:00, 7/5
Əmək haqqı müsahibə zamanı namizəd bilik və bacarığına uyğun şəkildə müəyyən ediləcək.
Müraciət üçün: [email protected]
Qeyd: CV göndərərkən təhsiliniz, varsa təcrübəniz, bildiyiniz proqramları, maraqlarınız haqqında motivasiya hissəsi (qısa 2-3 cümlə şəklində) mütləq şəkildə yazılmalıdır. Təcrübə proqramlarında, bitirdiyi universitetdə, tələbə təşkilatlarında aktiv olmuş namizədlərə üstünlük veriləcək.