İnformasiya Təhlükəsizliyi Departamentinin Kibermüdafiə Şöbəsinin Kiçik Mütəxəssisi
at
Kapital Bank
Freelance
Elanın bitmə vaxtı
4 həftə sonra
Təşkilatın İT infrastrukturlarında potensial təhlükəsizlik hadisələrini və təhdidlərin izlənməsinə, analizinə, cavab verilməsinə yardım edəcək və sistem və şəbəkələrinin kibertəhlükəsizliyi və informasiya təhlükəsizliyini təmin edəcək əməkdaş axtarışındayıq. İnformasiya Təhlükəsizliyi və ya əlaqədar sahələr üzrə ali təhsil;SOC üzrə minimum 1 il iş təcrübəsi;Öyrənmə, uyğunlaşma və kəşfetmə bacarıqları;Tənqidi təfəkkür və analitik qabiliyyəti;Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;Komandada işləmə bacarığı. İnkişaf imkanları;Rəqabətli əmək haqqı və bonuslar;Yüksək təminatlı sığorta;Dəstəkləyici mühit;Visa Premium əmək haqqı kartı;Korporativ endirimlər;Korporativ tədbirlər;Əlavə məzuniyyət;Güzəştli təhsil və işçi krediti. İzləmə: Qeyri-qanuni giriş, potensial təhlükəsizlik pozuntuları və ya digər anomaliyaları aradan qaldırmaq üçün mütəmadi olaraq təşkilatın şəbəkəsini və sistemlərini 24/7 növbə əsaslı iş rejimində monitorinq etmək;İnsidentlərin Cavablandırılması: Təhlükəsizlik hadisələrini qiymətləndirmək, araşdırmaq və cavablandırmaq üçün baş KM analitikləri ilə əməkdaşlıq etmək;Təhlükəsizlik Təhlili: İnkişaf edən kiber təhlükələri müəyyənləşdirmək və analiz etmək, ən son təhlükəsizlik trendlərindən xəbərdar olmaq və təhlükəsizlik alətlərindən istifadə edərək zərərli fəaliyyətləri, malware və ya qeyri-qanuni giriş cəhdlərini müəyyənləşdirmək;Təhlükəsizlik Analizi: Təşkilatın infrastrukturları, şəbəkə qurğuları, serverlər, tətbiqlər və verilənlər bazalarında təhlükəsizlik risklərinin və boşluqlarını müəyyənləşdirmək və analiz etmək;Loqların İdarəedilməsi: Potensial təhlükəsizlik insidentlərini və ya pozuntularını müəyyən etmək üçün müxtəlif mənbələrdən təhlükəsizlik hadisəsi qeydlərini toplamaq, idarə etmək və təhlil etmək.