Tələblər: Ali hüquq təhsilli; Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq; Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq; Peşəkar ünsiyyət psixologiyasını bilmək; Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək; Sahəsinə aid olan sənədləri tərtib edə bilmək; Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilmək.Bacarıqlar: Analitik düşünmə qabiliyyəti; Komandada işləmək bacarığı; İşgüzar və hüquqi yazışma bacarığı; İşin planlaşdırılması bacarığı; Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq; Yaradıcı və təşəbbüskar olmaq; MS Office proqramlarında sərbəst işləyə bilmək.Vəzifə öhdəlikləri: Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə ,qüvvədə olma və s.) nəzarəti həyata keçirmək; Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək; Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək; Müəssisənin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək; Müəssisədaxili normativ sənədlərin, o cümlədən Müəssisə üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanması işində iştirak etmək; Müəssisənin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək; Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək