“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir. Vəzifə öhdəlikləri: Şirkətin müştəriləri, tərəfdaşları və təchizatçıları ilə bağlanılan müqavilələrdə hüquqi risklərin müəyyən edilməsi məqsədi ilə onların təhlil edilməsi və zərurət yarandıqda yeni müqavilələrin hazırlanması; Şirkətin fəaliyyətinin hüquqi aspektləri ilə bağlı yaranan sorğu və sualların cavablandırılması; Yeni investisiya məhsullarının və xidmətlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına dair araşdırmaların aparılması ilə əlaqədar komanda işində iştirak; Qanunvericilik yenilikləri ilə əlaqədar buraxılışların hazırlanması; Daxili normativ sənədlərin hazırlanması habelə hazırlanmış sənədlərin hüquqi ekspertizası; Məktubların, əmrlərin və digər sənədlərin tərtibatı, hazırlanmış sənədlərə hüquqi rəy verilməsi; Hüquqi araşdırmaların aparılması və rəylərin hazırlanması; Qiymətli kağızlar bazarının fərqli istiqamətləri üzrə beynəlxalq hüquqi praktikanın araşdırılması və təkliflərin tərtibi; Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq; Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək. Tələblər: Təhsil: Hüquq sahəsi üzrə bakalavr təhsili, maqistr arzuolunandır; İş təcrübəsi: Maliyyə sektorunda, normayaratma, mülki o cümlədən müqavilə idarəçiliyi sahəsində ən azı 3 illik iş təcrübəsi; Kompüter bilikləri: Microsoft Office, Word, Excel; Ünsiyyət qurma bacarıqları; İngilis dili (səlis), Azərbaycan dili (səlis), rus dili (arzu olunandır).