“Alliance Legal Center” MMC İnsan Resursları sahəsində ixtisaslaşmış “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” vakansiyasını elan edir. (Növbəti 6 ay ərzində HR Manager vəzifəsinə təyin olunma potensiyalının olması və HR Təlimçi olmaqda həvəsli namizədlərə üstünlük veriləcəkdir)
İş vəzifələri:
-Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması proseslərinin sənədləşdirilməsi
-İşçilərin rəsmi qeydiyyatının həyata keçirilməsi: ƏMAS sistemində qeydiyyat, İSB məlumatlarının düzgün və vaxtında təqdim olunması
-Əmək müqavilələri, maddi məsuliyyət və gizlilik müqavilələrinin hazırlanması və elektron hökumət portalında qeydiyyatı
-Məzuniyyət qrafiklərinin tərtibi, məzuniyyətlərin uçotunun aparılması və istifadəsinə nəzarət
-Vəzifə təlimatlarının, daxili qayda və prosedurların hazırlanması və yenilənməsi
-Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması
-Elektron hökumət portalında əməliyyatların aparılması: əmək müqavilələrinin bağlanması, xitamı, dəyişikliklər, məzuniyyət və ezamiyyət əmrləri
-Ştat cədvəlinin hazırlanması, dəyişikliklərin və əlavələrin edilməsi
-Turniket sistemi vasitəsilə işçilərin gündəlik və aylıq davamiyyətinin izlənməsi, tabel hesabatlarının hazırlanaraq mühasibatlığa təqdim olunması
-Ezamiyyətlərin rəsmiləşdirilməsi, qeydiyyatının aparılması və hesabatların hazırlanması
-İşçilərin məlumat bazasının yaradılması və 1C proqramında daimi yenilənməsi
-Əmək fəaliyyətinə dair arayışlar və xasiyyətnamələrin hazırlanması
-İşçilərin mükafatlandırılması üçün əsaslandırılmış təqdimatların hazırlanması
-İşçilərin şəxsi işlərinin tam və düzgün şəkildə formalaşdırılması və arxivləşdirilməsi
-Xəstəlik vərəqələrinin düzgün doldurulması və hesabatlara daxil edilməsi
-Əmək və icra intizamının pozulması halları ilə bağlı tədbirlərin rəsmiləşdirilməsi
-Kadrlara dair aylıq və illik hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim olunması
-Vakansiyaların elana hazırlanması, yerləşdirilməsi, daxil olan CV-lərin təhlili, uyğun namizədlərlə ilkin müsahibələrin təşkili
Vəfiə Təlimatlarının yüksəsk peşakarlıqla hazırlanması
-İşçilərin tabel uçotunun aparılması və davamiyyətə daimi nəzarət
-1C proqramında kadr uçotu, sənədlərin qeydiyyatı və hesabatların formalaşdırılması
Tələblər:
İR sahəsində minimum 3 il iş təcrübəsi
Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli
Cəmlənmiş uçot vaxtı ilə minimum 1il iş təcrübəsi
ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı
MS Office proqramlarını çox yaxşı bilməli
Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
Azərbaycan, Rus dilini və Ingilis dillini yaxşı (danışıq və yazı) səviyyədə bilmək;
Güclü analitik və tədqiqat bacarığı, yüksək ünsiyyət və komandada işləmək qabiliyyəti;
Təşəbbüskarlıq və məsuliyyətlilik.
İş qrafiki: həftədə 5 gün;
Əmək haqqı: 800-1200 (işçinin bilik və bacarıqlarına uyğun olaraq Müsahibə əsasında təyin olunur).
Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4;
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” Başlıqı ilə [email protected] poçt ünvanına yollamağı xahiş olunur.