Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi
at
VTB Bank
Part Time
Vəzifə Öhdəlikləri: Bankın müxbir hesabına daxil olan vəsaitləri avtomatlaşdırılmış bank sistemində (ABS) müştəri hesablarına əks etdirir. Bank və kontragentlər arasında qarşılıqlı hesablaşmaları, təcili köçürmələri və kommunal ödənişləri icra edir. Vergi sərəncamlarının icrasını və emalını həyata keçirir, qanunvericiliyin müddət və tələblərinə uyğun hərəkət edir. Hesablaşma-ödəniş əməliyyatları və naməlum məbləğlər üzrə araşdırmalar aparır. LORO və NOSTRO müxbir hesabları üzrə hesablaşmaları yerinə yetirir. Gündəlik qalıqları tutuşdurur və Bankın bütün müxbir hesablarının balansına nəzarət edir. Hesablaşma-ödəniş əməliyyatları üçün XÖHKS, AZİPS və SWIFT sistemlərinə bələd olur. LORO hesabları üzrə çıxarışları toplayır və təsdiqləyir (МТ9** formatları). Konvertasiya və dilinq əməliyyatları üzrə hesablaşmaları icra edir (МТ3** formatları). DSMF vergi sərəncamları və balansdankənar müxabirləşmələri toplayır və təsdiqləyir. Audit yoxlamaları ilə bağlı bank və digər bankların sorğularına cavablar hazırlayır. Tələblər: İqtisadiyyat, maliyyə və ya oxşar ixtisas üzrə ali təhsil Bank sektorunda minimum 2 il iş təcrübəsi; Əməliyyat departamentində təcrübəyə üstünlük verilir Rus dilində səlis danışmaq; ingilis dili biliyi üstünlükdür Hesablaşma-ödəniş əməliyyatlarını icra etmək üçün əsas bank proqramlarına bələdlik Bank qanunvericiliyi və normativ aktlarla bağlı biliklər