Vəzifə Öhdəlikləri: Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək; Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq; Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək; Aylıq və illik maliyyə yekunları əsasında MHBS (İFRS) uyğun düzəlişlərin verilməsi; Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması; Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək; Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək; Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən az 6 ay iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla, Rus dili:orta Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır), SQL və Power BI üzrə biliklər arzuolunandır Kompüter bilikləri: MS Excel: əla , MS Word: əla , MS PowerPoint: əla