Gömrük Bəyannaməçisi (Avtomobil İdxalı üzrə)
Vəzifə öhdəlikləri:
İdxal olunan avtomobillərin gömrük bəyannamələrinin və qısa idxal bəyannamələrinin düzgün və vaxtında hazırlanması
Gömrük sisteminə məlumatların daxil edilməsi
Avtomobil sənədlərinin (invoys, texniki pasport, sertifikat və s.) yoxlanılması və uyğunlaşdırılması
Gömrük orqanları ilə əlaqələrin qurulması və sənədlərin operativ təqdim olunması
Qanunvericilikdə baş verən dəyişikliklərin izlənməsi və tətbiqi
Digər əlaqədar idxal və logistika əməliyyatlarının koordinasiyası
Tələblər:
Atestasiyasının olması mütləqdir
Gömrük bəyannamələrinin hazırlanmasında ən azı 1-2 il iş təcrübəsi
Gömrük proqramlarında işləmə bacarığı
Azərbaycan Respublikasının gömrük qanunvericiliyini bilmək
Avtomobil idxalı ilə işləmə təcrübəsi üstünlükdür
Diqqətli, məsuliyyətli və dəqiq olmaq
Komanda ilə işləmək bacarığı
Təklif edirik:
Stabil iş və əmək müqaviləsi
Bazar dəyərinə uyğun maaş və bonuslar
Peşəkar və dəstəkləyici iş mühiti
Daimi sifariş axını olan və inkişaf edən şirkətdə işləmək imkanı
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.