Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis (Masallı)
at
Express Bank
Part Time
Təsvir: Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi; İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi; Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi; İstehlak krediti portfelinin daimi monitorinq edilməsi; İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması; Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi. Tələblər: Ali təhsil; İş təcrübəsi - Bank sahəsində minimum 6 ay; Ünsiyyət qurmaq və satış bacarığı; Riyazi biliklər; Komandada işləmək bacarığı. Biz Sizə nə təklif edirik Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar; Könüllü tibbi sığorta proqramına qoşulma; Yığım sığortasına qoşulma imkanı; Müasir idarəetmə sistemi və mehriban kollektiv.