Namizədə Tələblər: Ali təhsil; Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti; Kompüter proqramlarından istifadə bacarığı; Kollektivdə işləmək bacarığı; Müştərilərlə ünsiyyət təcrübəsi; Satış sahəsində minimum 3 il iş təcrübəsi; Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları; Problemləri effektiv şəkildə həll etmə bacarığı İş Barədə Məlumat: Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək; İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmaq; Müxtəlif məhsul kateqoriyaları (market, elektronika, məişət texnikası, ev üçün əşyalar) üzrə təcrübəyə malik olmaq üstünlükdür; Mağazanın daxili fəaliyyətlərini gündəlik tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək; Anbardan gələn məhsulun qəbuluna nəzarət etmək, sənəd ilə gələn malı üzləşdirmək; Gündəlik satışlara nəzarət etmək və qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək; Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək; Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək; Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək; Sənədləşmə işini aparmaq, cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsini və məsul şəxslərə göndərilməsini təmin etmək.