Etiraz və Mübahisə sorğuları bölməsi üzrə mütəxəssis
at
Rabitabank OJSC
Part Time
“Rabitəbank” ASC Kart əməliyyatları departamentinin Etiraz və Mübahisə sorğuları bölməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Vəzifə öhdəlikləri: Mastercard,Visa beynəlxalq ödəniş sistemlərinin online sistemdə bildirişlərinə nəzarət və müştərinin müvafiq qaydada məlumatlandırılması; Etiraz (Chargeback) əməliyyatları üzrə prossesin aparılması; Mübahisəli kart əməliyyatların və etiraz sorğularının davamlı monitorinqi və nəzarəti; Uğursuz və imtina olunmuş əməliyyatlarının azaldılması üzrə onlayn platformalarda əməliyyatların gündəlik monitorinqi və məlumat mərkəzinə müştəri üzrə müvafiq məlumatların göndərilməsi; Uğurlu əməliyyatların göstəricilərinin artırılması üzrə rekurent (daima təkrarlanan)/aylıq əməliyyatlarının monitorinqi və nəzarəti; Şöbənin işi üzrə tələb olunan hesabatların təqdim olunması; Tələblər: Ali təhsil; Analitik bacarıqlar; Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi; İngilis dili/Rus dili biliklərin olması arzuolunandır; Problemləri həll etmə bacarığı;
Daha çox Operator vakansiyaları isbu.az-da - Axtardığın işbu!