Əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis (Sumqayıt filialı)
at
Azər-Türk Bank ASC
Part Time
“Azər-Türk Bank” ASC Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis (Sumqayıt filialı) vakansiyasını elan edir.Vəzifə öhdəlikləri:• Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumat vermək;• Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlarını icra etmək;• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştərilərin hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təmin etmək;• Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə bu çərçivədə xidmət göstərmək;• Müştəri məmnuniyyətini qorumaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq• Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.Namizədə tələblər:• Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar)• Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il iş təcrübəsi;• Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;• MS Office proqramlarında işləmək bacarığı;• Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.