Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
at
Bank Respublika ASC
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi; Risk nəzarət matrisinin hazırlanması və dövri olaraq yenilənməsi; Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili; Bankdaxili normativ sənədlərin, məhsul və xidmət passportlarının, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi; Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması; Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması; Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi; Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi; Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi Tələblər: Ali təhsil(Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);; Əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi; Risklərin (xüsusilə əməliyyat riskləri) idarəedilməsi üzrə sertifikatların olmasına üstünlük verilir; Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər; Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi; Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır; Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel); Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti; Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Komanda və insanlar ilə işləmək bacarıqları; Məsuliyyət və detallara qarşı diqqət.