Təsvir: Bütün şirkət binaları üçün planlı profilaktik təmir proqramını həyata keçirmək; Yaranmış nasazlıqları aşkar etmək, problemləri həll etmək və nasazlıq müddətini minimuma endirmək üçün kiçik təmirlər daxil olmaqla, şirkətin bütün cihaz və avadanlıqlarına müntəzəm olaraq planlaşdırılmış texniki xidmət göstərmək; Ehtiyac olduqda reaktiv texniki xidmət göstərmək və dəyişən prioritetlərə uyğun işləmək; Yerli standartlara uyğun elektrik quraşdırma işlərini aparmaq; Şirkət, SƏTƏMM qaydaları və ISO tələblərinə uyğun olaraq texniki xidmət jurnallarını və cədvəlləri tam, dəqiq və vaxtında doldurmaq; Ehtiyac olduqda xarici podratçılarla əlaqə saxlamaq və kömək etmək; Gündəlik, həftəlik və aylıq SƏTƏMM qaydalarının icrası üzrə yoxlamalar aparmaq, vaxtında tədbirlər görmək; Problemlər və təhlükələr barədə rəhbərliyə və SƏTƏMM Menecerinə məlumat vermək, onların həlli üçün təkliflər hazırlamaq; Əsas nasazlıqlar, ciddi problemlər, təmir tələbləri, gecikmələr və ya avadanlıqlar haqqında tam və vaxtında hesabat vermək; Ehtiyac olduqda texniki məsələləri və problemləri aydınlaşdırmaq və aradan qaldırmaq üçün müştərilər və təchizatçılarla birgə işləmək; Texniki xidmətlərlə bağlı məlumatların dəqiq uçotunu aparmaq; Digər komanda üzvlərinin inkişafına dəstək vermək ; Dizayn spesifikasiyaları və texniki cizgiləri oxumaq; Avadanlıqlara texniki istismar xidməti göstərmək; Layihələrə lazımi normalara uyğun olaraq nəzarət etmək və hesabat vermək; Sahədə işlərin layihə ilə uyğunluğunu yoxlamağı bacarmalıdır. Tələblər: Elektrik mühəndisliyi üzrə ali təhsil; Fit-out sahəsində minimum 5 il iş təcrübəsi; Tikinti normativ aktları barədə biliklər: AzS, EN, NFPA, Ashre və s.; Memarlıq təsvirlərini oxumaq bacarığı; Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı; Kompüter imkanları: MS Office, AutoCAD; Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq; Mexaniki biliklərə üstünlük verilir
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!