Tələblər : Elektrik mühəndisliyi üzrə ali təhsil (və ya bu sahələr bu sahə üzrə iş təcrübəsi olan şəxslər). Bu sahədə 3 ildən yuxarı iş təcrübəsi olan. Azərbaycan, Rus və İngilis dili biliyi vacibdir Alət və avadanlıqlarla işləmə bacarıqları; Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti; Dəzgahlar, motorlar və texniki avadanlıqlar üzrə biliklər və praktiki bacarıqlar, texniki problemləri həll etmə, elektrik bilikləri, kollektivlə işləməyi, verilən işləri vaxtında dəqiq icra etməyi, nizam-intizamlı və fabrikin ümumi qayda qanunlarına hörmətlə yanaşıb icra edən namizəd olmalıdır. Vəzifə və öhdəlikləri : Elektrik sxemlərinin oxunması və nasazlıqların aradan qaldırılması; Elektrik avadanlıqlarının quraşdırılması və onlara texniki xidmət ; Avadanlıqların ehtiyat hissələrinin araşdırılması və sifarişi; Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi; Mebel sənaye avadanlıqlarına texniki xidmət, texniki baxış, servis xidmətinin təşkili; İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi; Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili; Planlaşdırma və vaxtın düzgün idarə edilməsi.