Daxili audit departamentinə İT auditor / İT aparıcı / İT baş auditor
at
ABB
Part Time
Elanın bitmə vaxtı
2 həftə sonra
Görəcəyiniz işlər: İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi; İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması; Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi; İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi; İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi; Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi; Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi Bizim üçün uyğun namizəd: Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan; Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan; Analitik və kritik düşünmə, Təşəbbüskarlıq və əzmkarlıq, Qərəzsizlik, tərəfsizlik, müstəqillik, Məsələlələrə mikro və makro baxış, Yüksək ünsiyyət bacarıqları, Davamlı inkişaf həvəsi və s. Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan; Vətəndaş qüsursuzluğu olan şəxsdir. Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan: İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə UNİX, Linux əməliyyat sistemləri və ya Windows serves ilə işləmə bacarığına; İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə; Proqramlaşdırma və ya DevOps sahəsində 1 il təcrübəyə;