Görəcəyiniz işlər:
Data komandası ilə birgə data əsaslı proseslərin qurulması və avtomatlaşdırılması.
Devops, ML OPs və digər sahələrdə yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
GenAI RAG pipeline ilə bağli işləri icra etmək,
Keyfiyyətli, effektivli kodların yazılması və sənədləşdirilməsi; mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
Riskləri və səmərəsiz həll yollarını aradan qaldırılması üçün həll yollarının dizaynı.
Bizim üçün uyğun namizəd:
Proqramlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsinə;
Python və ya Scala üzrə təcrübəyə;
JavaScript/HTML/CSS üzrə təcrübəyə;
Versiya Kontrol Sistemləri, CI/CD üzrə biliklərə;
RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
Agile iş üsulları barədə məlumatlılığa;
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmə, onları aydın və sadə şəkildə təqdim etmə qabiliyyətinə sahib olan şəxsdir.