Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist)
at
Yelo Bank
Part Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Təsvir: Biznes hədəflərini təkmilləşdirmək üçün statistik modellərin (təsnifat modeli və s.) qurulması və optimallaşdırılması; Riyaziyyat, statistika, kompüter elmləri, "machine learning" və məlumatların vizuallaşdırılması kimi tətbiq üsulları vasitəsilə məlumatların təhlil edilməsi; Trendlər və ya nümunələrdən fərdi modellər və ya prototiplər yaratmaqla məlumat əsasında qərar qəbul edilməsinə dəstək olmaq; Trendləri və nümunələri aşkar etmək, məhsulun inkişafı və biznes strategiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə şirkətin verilənlər bazasından böyük həcmdə məlumatların təhlili; Modelləşdirmə nəticələrini və məlumatların da\aydın və ardıcıl şəkildə təqdim etmək. Tələblər: Ali təhsil; Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək; Python`la iş təcrübəsi; SQL biliyi böyük üstünlükdür; Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə; Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi; Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı; Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları; Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi. Biz Sizə nə təklif edirik: Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; Tibbi sığorta proqramına qoşulma; Müasir idarəetmə sistemi və mehriban kollektiv.