Data departamenti \ Data idarəedilməsi şöbəsi \ Mütəxəssis
at
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Part Time
Əsas vəzifə funksiyalari: Məlumatların idarə olunması üzrə strateji planların hazırlanması və tətbiq edilməsi prosesində iştirak edir; Məlumatların düzgünlüyünün, tamlığının və etibarlılığının qorunması üçün keyfiyyət standartları tətbiq edir; Məlumatların təhlükəsizliyinin və məxfiliyinin qorunması üçün müvafiq siyasətlərin və prosedurların tətbiqində iştirak edir; Məlumatların təsnifləşdirilməsini sistemsal olaraq tətbiq edir; Aidiyyəti struktur bölmələrlə birlikdə məlumatların saxlanması, arxivləşdirilməsi və bərpası üzrə qayda və prosedurların hazırlamasında iştirak edir; Aidiyyəti struktur bölmələrlə birlikdə məlumatların istifadəsi və paylaşımı ilə bağlı prosedurların hazırlaması və tətbiqində iştirak edir; Məlumat idarəetmə proseslərinin qanunvericiliyə və müvafiq standartlara uyğunluğunu təmin edir; Məlumatların toplanılması üçün texniki tələbləri, xidmət səviyyəsi müqavilələlərini, siyasətləri və prosedurlarının təyin edilməsində və inkişaf etdirilməsində iştirak edir; Data kataloqlarının yaradılmasını və idarə edilməsində iştirak edir. Tələb olunan biliklər və bacariqlar: Layihələrin idarəolunması İnsidentlərin texniki izahı Texniki sənədlərin hazırlanması Proseslərin avtomatlaşdırılması Logların araşdırılması Monitoring bacarığı Planlaşdırma Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; Analitik düşünmə bacarığı; Vaxtın idarəedilməsi bacarığı; Digər tələblər: Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yüksək səviyyədə / Rus dili arzu olunandır Təcrübə - Müvafiq sahədə ən azı 1 il Təhsil - Ali təhsil (Maliyyə, İnformasiya Texnologiyaları, Riyaziyyat) tələb edilir Kompüter bacarıqları - MS Office (word, excel, ppt) və SQL yüksək səviyyədə Sertifikatlar - CDMP - Data Management Fundamentals üstünlükdür.