Tələblər : Ali və yaxud Texniki təhsil; Ofis proqramlarını orta dərəcədə istifadə edə bilmə Komanda ilə işləmək bacarığı Verilən cizgilərin oxunması və proqrama daxil edilməsi Nəzarət-ölçü (ştangerpərgar, mikrometr, indikator və s.) alətlərindən düzgün istifadə edə bilməli; İlkin riyazi hesablama bacarığı olmalı;Qeyd: Bu sahədə təcrübəsi olmayan lakin potensialı olanlar əlavə təlim ilə bu vəzifəyə şirkətimiz tərəfindən hazırlanacaq. Vəzifə və öhdəlikləri: İstifadəsinə təhkim edilən frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilmək; CNC frez dəzgahında kobud və təmiz emal əməliyyatlarını sərbəst şəkildə yerinə yetirmək, alətləri və pəstahı dəzgaha tanıtmaq, alət və ucluqları yenisi ilə dəyişmək və dəzgaha yerləşdirmək; Emal olunacaq detala müvafiq emal alətlərini, ucluqları, ölçü alətlərini seçə bilmək; Nəzarət-ölçü cihazlarından düzgün istifadə edə bilmək; Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etmək; Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etmək; İş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmək; Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət etmək; İşləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etmək;
Daha çox Avtomatlaşdırılmış idarəetmə vakansiyaları isbu.az-da - Axtardığın işbu!