Vəzifə öhdəlikləri: Boru xətti aqreqatlarının və armaturlarının quraşdırılması, dəyişdirilməsi; Zavod üzrə bütün bolt-qayka, sancaq, pərçim və fittinq birləşmələrinin yığılma və sökülməsi; Detalların yuyulması, təmizlənməsi, yağlanması; Gərgin və kip oturtma şəraitində qovşaq və avadanlığın sökülməsi, təmiri və yığılması; Avadanlıqların istismarı və təmiri prosesində yoxlanması, qüsurların aşkar olunması və aradan qaldırılması; Təmir olunmuş avadanlıqların dəqiqliyə yoxlanılması və yük altında sınanması; Yerdən idarə olunan sadə yükqaldırıcı vasitələrin və mexanizmlərin köməyi ilə yükləri bir yerdən başqa yerə keçirdikdə takelaj işlərinin yerinə yetirilməsi. Namizədə tələblər: Müvafiq sahədə ən azı 1-3 il peşəkar iş təcrübəsi Orta təhsil İş şəraiti: Həftənin 6 günü Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək Uyğun namizədlərin CV-lərini “Boruçu” mövzusu ilə email ünvanına göndərməklərixahiş olunur.