Borcların ilkin təqibi şöbəsinin müdiri – Boa AgencyÖzünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə Boa Agency komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.İş barədə məlumat• Kredit portfelinin idarə olunması;• Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;• Şöbənin əməkdaşlarının işinə nəzarət edilməsi;• Rəhbərlik tərəfindən qoyulmuş yığım hədəflərinin yerinə yetrilməsinə nəzarət edilməsi;• Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icra edilməsi;• Şöbədaxili əməkdaşların seçilməsi, işə qəbulu, yerləşdirilməsi və işdən azad olunması;• Öz fəaliyyəti ilə bağlı Departament rəhbərinə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat verilməsi.Namizədə tələblər• Bəy namizədlər;• Ali təhsil;• Bank və ya BOKT sektorunda idarəetmə üzrə azı 2 (iki) il, rəhbər vəzifədə azı 3 (üç) il iştəcrübəsi;• Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;• Analitik düşüncə qabiliyyəti;• İdarəetmə və liderlik qabiliyyəti;• Ünsiyyət və komanda ilə işləmək bacarığı;• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;• Dil bilikləri: Azərbaycan dili-əla, rus dili-əla, ingilis dili arzuolunandır;Sizə nə təklif edirik?• Əmək Haqqı: 1000-1300 azn (+bonus);• Əlverişli iş mühitində çalışmaq imkanı;• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;• AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşmə;• İş qrafiki: tam; • İstirahət günü: şənbə və bazar; • İş saatları: 09:00-dan 18:00-a qədər.Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.