İş barədə məlumat: İşə qəbul edilən namizəddən gələn xəstələrin keyfiyyətli şəkildə klinikaya daxil olması, yönləndirilməsi, Əməliyyat planlamasının edilməsi kimi işlərə yüksək şəkildə nəzarət etməsi, problemli xəstlərin problemlərinin müsbət yöndə həll edilərək xəstənin məmnun şəkildə klinikadan ayrılmasının təmin edilməsi, İşçilərin vaxtında işə gəlib getməsinin, işlərinin düzgün formada yerinə yetirməsinin, uniforma və etik qaydalara uyğun davranmasını, Komanda şəklində verilən tapşırıqların düzgün və dəqiq yerinə yetirilməsini, Xəstələrə aid sənədlərin düzgün, dolğun, dəqiq doldurulması, gizliyinin qorunması, Günlük qrafiklərin tərtibi və izlənilməsi, Şöbə ilə bağlı problemlərin dərhal və dəqiq yerinə yetirilməsi Namizədə dair tələblər: Ali təhsilli xanım Rus dili biliyi (ana dili səviyyəsində) İdarə etmə bacarığı olan çevik və analtik düşünmə bacarığı olan, Həssas təbəqə ilə işləmək səbri olan, Problem həll etmə bacarığı və stresi idarə etmək bacarığı olan, Yüksək inandirma bacarığına sahib, İnsan əlaqələri güclü olan, Daha öncə xidmət sahələrində birbaşa vətəndaşla ünsiyyət ilə bağlı işi təcrübəsi olan və idarə etmə sahəsində işləmiş, idaretmə və yaxud ali tibbi təhsili olan namizədlərə üstünlük veriləcək. tələb olunur. İşə qəbul olunan namizəd rəsmi əmək müqaviləsi ilə 6 günlük iş rejimində işləyəcəkdir. Yalnız şəkilli cv-lərini [email protected] elektron poçt adresinə göndərməyiniz xahiş olunur.