Hansı özəlliklərə malik olmalıdır? Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.) Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır) Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək) Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır) Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3Baş mühasib/Aparıcı mühasib nə iş görür?  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması; Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; Debitor və kreditor borcların uçotunun aparılması; Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması; Gəlir və xərclərin uçotunun aparılması; Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək; Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)Əlavə məlumat 5 günlük iş qrafiki: 09:00 – 18:00

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
2 Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan