İş barədə məlumat: Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) Vergi qanunvericiliyini yüksək səviyyədə bilməli; Peşəkar mühasib sertifikatına malik olmalı. MS office və yüksək səviyyədə 1 C 8.3 proqramı biliyi; Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarını, həmçinin Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını yüksək səviyyədə bilməli;Əsas vəzifə və öhdəliklər: Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir; • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək; • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən keçirilməsi; • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək; • Hesab və elektron qaimə-fakturaların yazılması; • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi; • Gündəlik hesabları üzrə qalıqlar hesabatı; • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması; • Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması; • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün həyata keçirilməsinin təmin edilməsi; • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi; • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi; • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir; • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; • İş prosesində məlumatların məxfiliyinin saxlanılması; • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi