Yeni açılacaq Restoranın back ofisinə maliyyə -mühasibatlıq işlərinin icrası üçün Baş Mühasib axtarılırNamizədə Tələblər Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi); İş təcrübəsi: Müvafiq sahə üzrə (İctimai iaşə müəssisələrində xüsusilə Restoran) 5 ildən az olmayaraq iş stajı ; Yaş həddi : 35-50 Dil bilikləri: Azərbaycan və türk dillərində mükəmməl danışıq,ingilis və rus diliyi biliyi olanlara üstünlük veriləcəkdir ; Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli; Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər ; Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi ; Balansın çıxarılması üzrə biliklərə sahib olmalı ; Dövlət hesabatların tərtib olunması  ; İş Təsviri lkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat, mənfəət vergisi və s. hesabatı) təqdim etmək; Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək; Balans hesabatının aparılmasını təmin etmək; Şirkətin bank hesabları (xəzinə) üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək; Debitor-kreditor borcların təhlili,hesablaşmalar və vaxtı-vaxtında üzləşmələrin aparılması; Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi; Xərclərin günlük uçotunun aparılması və proqrama işlənməsi, aylıq xərclər üzrə hesabatın təqdim olunması; Sayımların yerli yerində olması - Restoranın barı və digər yerlərinin sayımının düzgün icrasına nəzarət etmək ; Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar (kreditorlar) barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə; Həftə içi 5 gün (Bazar ertəsi-cümə) ; Saat : 09:00-dan -18:00-dək ; Nahar vaxtı 12:30-13:30 ; Ünvan :Bakı şəhəri,Bakı Dəniz Vağzalının inzibati binası ; Əmək haqqı : 2300 Azn Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Baş Mühasib” sözləri qeyd edilməlidir). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .

Maaş

2300

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
8 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
3+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan