Baş Mühasib Vakansiyası
Şirkət: Novator HRC
Vəzifə öhdəlikləri:
ƏDV, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ olaraq vaxtında həll edilməsi
Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilməli;
AR Vergi Məcəlləsini bilməli;
Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
Məsuliyyətli, diqqətli və operativ olmaq
İş şəraiti:
İş yeri: Ramana (Buta şadlıq sarayın arxası, havalimanı yolunun üstü)
Servis və nahar şirkət tərəfindən qarşılanır.
İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi
Əmək haqqı: 1500-2000(net)
QEYD: Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub
Müraciət qaydası: CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.