“GL” ASC (Sizin Lombard)
📢 Gəncə filialları üzrə Satış Məsləhətçisi vakansiyası üçün ödənişli Təcrübə Proqramı elan edir!
📍 İş yeri: Gəncə şəhəri
Proqram haqqında:
Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tam başa vurmuş şəxslər üçün nəzərdə tutulmuşdur.
Magistr təhsili alan tələbələr istisna olaraq proqramda iştirak edə bilərlər.
Namizədlər ilkin mərhələdə 3 ay müddətində peşəkar əməkdaşlarımız tərəfindən təlimə cəlb olunur, nəzəri və praktiki biliklər qazanırlar.
Təcrübə müddəti ərzində siz həm öyrənəcək, həm də qazanc əldə edəcəksiniz!
Ödənişli təcrübə şərtləri:
Təcrübə dövründə:
💰 Əmək haqqı – 200 AZN
💸 Bonus – 300 AZN-ə qədər
Təcrübə proqramın uğurla tamamladıqdan sonra:
🔹 Tam ştat Satış Məsləhətçisi kimi işə qəbul olunur
🔹 Əmək haqqı – 400 AZN
🔹 Bonus – 800 AZN-ə qədər
Proqramın üstünlükləri:
Müasir satış texnikaları üzrə peşəkar təlimlər
Praktiki təcrübə və inkişaf imkanı
Gələcəkdə daimi işlə təmin olunma perspektivi
Əmək haqqı + bonus sistemi ilə motivasiyaedici mühit
Maliyyə və kredit sahəsində karyera başlamaq üçün əla fürsət
Namizəddən gözləntilər:
Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək
Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək
Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
Tələblər:
Ali təhsilini tam başa vurmuş şəxslər (magistr tələbələri istisna təşkil edir)
Maliyyə və satış sahəsində karyera qurmaq niyyəti
Öyrənməyə açıq, məsuliyyətli və motivasiyalı olmaq
Hədəflərlə işləmə bacarığı
Müraciət qaydası:
Tələblərə cavab verən şəxslər “Təcrübə Proqramı (Satış məsləhətçisi – Gəncə)” başlığı ilə
📧 [email protected] elektron ünvanına CV-lərini göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təqdim olunan bütün məlumatlar məxfi şəkildə qorunur.
Əlaqə:
📍 Ünvan: Gənə Mirzə Abbas 64
📞 Telefon: (+994 50) 284 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: [email protected]