Şirkətimiz haqqında: Asadzade Sanan LLC beynəlxalq əlaqələri və yüksək keyfiyyətli avtomobil idxalı ilə tanınan, müştərilərinə güvənli və səmərəli həllər təqdim edən bir şirkətdir. Bizim məqsədimiz – peşəkar komanda ilə beynəlxalq standartlara uyğun iş mühiti yaratmaqdır. Bu mühiti daha da möhkəmlətmək üçün təcrübəli Audito  axtarırıq. Bizimlə çalışmağın əsas səbəbləri: * Yüksək etik standartlara və beynəlxalq praktikaya əsaslanan iş prinsipləri Xarici ölkələrdəki şirkətlərlə birgə əməkdaşlıq və iş mühiti * Komplekssiz peşəkar komanda və əsl bilik mühitində iş * Böyüməkdə olan yerli və beynəlxalq layihələrdə iştirak * ACCA, CPA, CIA və digər qlobal sertifikatlaşdırma proqramlarına dəstək * Real dəyərləndirmə və karyera yüksəlişi mexanizmi    Əsas vəzifələr: * Yerli və beynəlxalq müştərilərin auditlərinin yüksək səviyyədə təşkili və həyata keçirilməsi * IFRS və ya yerli maliyyə hesabatlarının təhlili və qiymətləndirilməsi * Audit planlaması, risk əsaslı yanaşma və uyğun audit prosedurlarının hazırlanması * Komandaya rəhbərlik və junior auditorların inkişafına dəstək * Audit nəticələrinin əsaslandırılması və müştəriyə təqdimatı * Daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması    Tələblər: * Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil * Minimum 5 il müvafiq iş təcrübəsi (müstəqil və ya beynəlxalq audit şirkətində üstünlükdür) * ACCA (ən azı 6 modul keçilmiş), CPA və ya CIA kimi sertifikatların olması arzuolunandır * IFRS və vergi qanunvericiliyi üzrə dərin biliklər sahib olmalıdır və düzgün qərarlar verməlidir * Analitik təhlil qabiliyyəti və yüksək diqqətli olmaq * Yüksək yazılı və şifahi kommunikasiya bacarığı (Azərbaycan və İngilis dillərində) * Liderlik və komandada işləmə bacarığı mütləq olmalıdır   Təklif etdiklərimiz: * Rəqabətli əmək haqqı (namizədin təcrübəsinə uyğun olaraq yüksək səviyyədə) * Peşəkar və stabil iş mühiti * Sertifikasiya və təlim xərclərinin qarşılanması * Daxili və xarici təlimlərdə iştirak imkanı * Əmək Məcəlləsinə tam uyğun sənədləşmə və sosial təminat   6 günlük iş qrafiki əmək haqqı müsahibə əsasında formalaşacaq

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
10 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan