Avis Eşitmə mərkəzi üçün Audioloq vəzifəsinə namizəd axtarır. Namizəd tibbi xidmət keyfiyyətinin artırılmasına töhfə verməyi, pasiyentlərlə peşəkar münasibət qurmağı və komandada effektiv işləməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri:
Pasiyentlərin qəbulu və audiometriya müayinələrinin aparılması
Müayinə nəticələrinin təhlili və uyğun eşitmə cihazının təyin edilməsi
Eşitmə cihazlarının ilkin tənzimlənməsi və istifadəsi ilə bağlı pasiyentə məlumat verilməsi
Müayinə və cihazlaşdırma prosesi üzrə məlumatların sənədləşdirilməsi və sistemə daxil edilməsi
Tibbi avadanlıqların düzgün istifadə və texniki vəziyyətinə nəzarət
Namizədə dair tələblər:
Ali tibb təhsili (müalicə işi ixtisası üzrə)
Audiologiya sahəsində 1 il iş təcrübəsi (təcrübəsiz namizədlər də dəyərləndirilə bilər)
Rus və ingilis dillərində danışıq səviyyəsində biliklər (üstünlükdür)
MS Office proqramları ilə işləmək bacarığı
Peşə etikası, ünsiyyət bacarığı və pasiyent yönümlü yanaşma
Yaş həddi: 22–45 yaş
İş şərtləri:
Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri
İş rejimi: Tam iş günü
Həftəlik istirahət günü: 1 gün
Əməkhaqqı: 600–700 AZN (Gələcəkdə karyera yüksəlişi və əməkhaqqı artımı imkanları mövcuddur)