Novco Şirkətlər Qrupunun kafe və restoran sferası üzrə aparıcı mühasib tələb olunur.İş barədə məlumat: Aylıq və illik maliyyə hesabatlarının hazırlanması (PL, Cash Flow, SOFP); Ay sonu bağlanışlarına nəzarət, xərclərin və gəlirlərin müqayisəli şəkildə izlənilməsi, dəqiqləşdirilməsi; Rəhbərliyə hesabatlarının hazırlanması, onların dolğun, anlaşılan şəkildə təqdim edilməsi; Malların maya dəyərlərinin uçotuna nəzarət; Gəlir və əməliyyat xərclərinin IFRS standartları üzrə uçotunun təşkili; ƏDV, Mənfəət, SV, ÖMV vergi bəyannamələrinin düzgünlüyünü yoxlamaq, şəxsi hesab vərəqəsi üzrə əməliyyatlara tam nəzarət etmək; İngilis dilində işgüzar yazışmaların aparılması; İdxal prosesinin maliyyə şöbəsinə aid olan əməliyyatlarını yerinə yetirmək.Namizədə tələblər Maliyyə, mühasibatlıq üzrə ali təhsil Maliyyə uçotunun IFRS standartlarını yaxşı səviyyədə bilmək (FA FR sertifikatları üstünlükdür) Ofis proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı, hesabatların düzgün, anlaşılan hazırlanması üçün lazımi excel biliklərinə malik olmaq Analitik təhlil etmə bacarığı Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri sürətli həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir. Minimum 2 il iş təcrübəsi Vakansiyaya müraciət etmək istəyən namizədlər [email protected] email ünvanına mövzu başlığında Aparıcı mühasib qeyd etməklə CV-lərini göndərə bilərlər.