“Alliance Hüquq Mərkəzi” MMC korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Aparıcı hüquqşünas” vakansiyasını elan edir.İşçinin əmək funksiyaları: Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), onların filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlanılması üçün zəruri olan digər addımların atılmasında hüquqi dəstəyin verilməsi; Əqli mülkiyyət qanunları, Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya), malların idxal-ixracı üçün zəruri olan sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi; Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak edilməsi; Tələb olunan hüqüqi sənədləri (sorğu, ərizə, müəssisə daxili qərar, qayda və s.) tərtib etmək, onlara dair rəy və həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; Müəssisənin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin hazırlanması; Müxtəlif növ müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması; Potensial hüquqi riskləri müəyyən etmək və onların azaldılması üçün strategiyalar hazırlamaq, o cümlədən risklərin qiymətləndirilməsi və şirkətin maraqlarını qorumaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi; Məhkəmə qarşısında müəssisə və vətəndaşların qanuni mənafelərinin qorunması. Əlverişli nəticələr əldə etmək üçün danışıqlar, vasitəçilik və zəruri hallarda məhkəmə çəkişmələri də daxil olmaqla, hüquqi mübahisələrin idarə və həll edilməsi; Dövlət orqanlarında müəssisə və müştəriləri təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədlərin hazırlanması; Mülki hüquq, Migrasiya hüququ, Müqavilə hüququ, Əqli Mülkiyyət və normativlərə uyğunluq daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, geniş spektrli hüquqi məsələlər üzrə müştərilərə hüquqi məsləhətlərin verilməsi; İcrası planlaşdırılan layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi; İşin bütün aspektlərində yüksək etik standartların, peşəkar dürüstlüyün və məxfiliyin qorunması, maraqların toqquşmasının qarşısının alınması; Rəhbərlik tərəfindən təyin olunan digər hüquqi xarakterli tapşırıqların yerinə yetirilməsi.Tələblər: Hüquq üzrə müvafiq bakalavr və magistr dərəcəsi; Mükəmməl səviyyədə Rus dili bilikləri; İngilis dili biliyi (pre intermediate level) Hüquqi məsələlərin şərhində və strateji həllərin formalaşdırılmasında güclü analitik bacarıqlar nümayiş etdirərək, biznes mühitində 2 illik peşəkar Hüquqşünas təcrübəsi; Müvəffəqiyyətli danışıqlar və hüquqi məsələlərin həlli təcrübəsi ilə korporativ hüquq və prosedurlar üzrə bilik və anlayış; Sərbəst Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri; Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Yüksək araşdırma və tədqiqat bacarığı; Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq, məsuliyyətlilik; Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığıİş barədə məlumat: İş qrafiki həftə içi 5 (beş) gün; İş yeri:Nərimanov rayonu Həsənoğlu küçəsi-4; Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən 800-1200 manat təyin olunacaq Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə
[email protected] ünvanına göndərə bilərlər.