“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamenti, Riteyl Bankçılığın Rəqəmsallaşma şöbəsində Aparıcı/ Baş software tester vəzifəsinə işə qəbul elan edir. Vəzifə öhdəlikləri: Biznes proseslərin manual testinin avtomatlaşdırılması; Servis testlərinin icra edilməsi; Manual testlərin icra edilməsi; Test keys və Test planın hazırlanması; Test avtomatlaşdırılan proseslərin monitorinqinin həyata keçirilməsi; Servis testlərinin avtomatlaşdırılması; Test alətləri və metodologiyaları ilə tanışlıq. Tələblər: Bank prosesləri sahəsində iş təcrübəsi(arzu olunandır); C# və Oracle üzrə işləmək bacarığı(arzu olunandır) ; QA(Manual - Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklər; CI sahəsi üzrə Jenkins ve ya TeamCity üzrə biliklər; Postman və SOAPUI üzrə biliklər; Selenium və Appium üzrə biliklər; Git və CI/CD prosesləri kimi mənbə idarəetmə sistemləri ilə işləmək bacarığı.