Vəzifə öhdəlikləri: Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması; Anbara daxil olan yüklərin faktiki miqdarını, məhsulların vəziyyətinin yoxlanması, qablaşdırmasında zədələnmə, əzilmə halları aşkar olunduqda akt tərtib edilməsi, struktur rəhbərinin məlumatlandırılması; Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi; Anbarda mütəmadi olaraq məhsulların çeşidləri üzrə inventarizasiya işinin təşkili, zərər görmüş , istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması və aktlaşdırılması; Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi; Topdan və korporativ satış məhsullarının sifarişlər üzrə yığılmasının, yoxlanılması və maşına yüklənməsinin təşkil olunması; Çatdırılma üçün hazır olan məhsulların sistemə daxil edilməsi və daşınması üçün logistika şöbəsi əməkdaşlarına təhvil verilməsi; Region anbarlarının məhsullarla təmin olunması üçün verilən göstərişlərin təmin edilməsi. İş qrafiki: İş günləri: I-VI günlər. Tələblər: Ali təhsil; İdarəetmə; Analitik düşünmə qabiliyyəti; Vaxtı səmərəli idarəetmə bacarığın olması; Müvafiq sahə üzrə 2 ildən çox təcrübə; Microsoft Office, 1C və Mikro ERP proqramlarında işləmək bacarığın olması; Dəqiqlik və məsuliyyətlilik.
Daha çox Anbardar vakansiyaları isbu.az-da - Axtardığın işbu!