İş barədə məlumat : İş qrafiki : 5 günlük, şənbə və bazar istirahət Əmək məcəlləsinə uyğun sənədləşmə Əmək haqqı: 900-1000 AZN Ünvan : Xəzər rayonu, Binə qəsəbəsi. Nahar və servis müəssisə tərəfindən təmin edilir.Namizədə qarşı tələblər : Təhsil : Ali təhsilli Yaş : 25-35 yaş arası bəy namizədlər İş təcrübəsi : Anbar sahəsində təcrübə 3 il 1 C proqramı üzrə işləmək bacarığıVəzifə və öhdəlikləri: Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq, Qaimələr əsasında anbara daxil olan malların yoxlanılması, Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək, Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək, Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq hesabatı mühasibatlığa təqdim etmək, Anbarda olan materialların,inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiqliyini daim nəzarətdə saxlamaq, Mal materialların qəbulunun dərhal, dəqiq və düzgün şəkildə təmin edilməsi və mal-məhsulların üçün hazır vəziyyətinə gətirilməsi prosesini icra etmək.
Daha çox Anbardar vakansiyaları isbu.az-da - Axtardığın işbu!