Namizədə tələblər: Ali təhsilli olmalıdır; İşgüzar danışıq, yazışma və nitq mədəniyyəti qaydalarını bilməlidir; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalıdır; Ofis proqramlarını bilməlidir (Word, Excel Power Point); Azərbaycan və rus dili bilməsi mütləqdir, ingilis dili bilməsi üstünlükdür; Çalışqan və komanda ilə işləmək bacarığı olmalıdır; Ciddi, səbirli, xoş görünüşlü və işinə qarşı məsuliyyətli olmalıdır; Ofis avadanlıqlarından istifadə etməyi bacarmalıdır; Korporativ etiket biliklərinə malik olmalıdır; İşində məsuliyyətli və dəqiq olmalıdır.Vəzifə öhdəlikləri: Telefon zənglərinin və müştərilərdən gələn sorğuların vaxtında cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi; Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması; Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və xaric olan yazışmalar, sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi; Rəhbərliyin tapşırığına əsasən məktub, sorğu və şirkətin fəaliyyəti ilə bağlı digər sənədlərin layihələrinin hazırlanması; Ofisin dəftərxana ləvazimatları, istifadə olunan material və ofisin fəaliyyəti üçün lazım olan digər maddi mallarla təminatı işinin təşkili və həyata keçirilməsi; Şirkətə gələn qonaqların qəbulu, qarşılanması və yönləndirilməsi; Ofis avadanlıqlarının vəziyyətinə nəzarətin həyata keçirilməsi; Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.CV-nin Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir.Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Administrativ assistent” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan şəxslərin məlumatlarına baxılmayacaqdır.

Maaş

500

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan